Əsas Səhifə Slide-az Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda, müavinləri Xızı rayonunda və Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda, müavinləri Xızı rayonunda və Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər

3 dəqiqə oxundu
0
0
23

Sosialxəbər.az bildirir ki, Dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xızı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq dekabrın 11-dək qəbula yazıla bilərlər.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Slide-az

Bir cavab yazın

Bunu da oxu

ƏSMİD İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilk ianəsini köçürüb

Bu barədə Sosialxəbər.az -a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına…