Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən birgə icra olunan layihəsi ilə bağlı bu gün nazirlikdə beş rayon üzrə o,cümlədən Sumqayıt şəhər Dövlət Sosial Müdafiəsi Fondu, məşqulluq idarələri və əlilliyi olan şəxslərlə görüş təşkil olundu.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhəri şöbəsinin Pensiya Sektor müdiri İsa Qasımov və Sosial yardım və müavinət sektorunun müdiri İlkin Mikayılov da iştirak etdi.

Sosialxəbər.az xəbər verir ki, hər rayon üzrə Qeyri-Hökumət Təşkilatları rəhbərləri və Dövlət Məşqulluq şöbə nümayəndələri ilə birgə təşkil olunan görüşdə BMT –nin nümayəndəsi layihə barədə iştirakçıları məlumatlandırdı.

Ümumilikdə poqramın birinci mərhələsi üzrə təlimlərə 900 nəfər əlilliyi olan şəxsin cəlb olunması nəzərdə tutulub. Onlara ingilis dili, kompyuter bacarıqları tədris olunacaq, psixoloji konsultasiya aparılacaq, xüsusi iş sahələri üzrə biznes planın hazırlanması məqsədilə də təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək.

Sonra Qeyri hökumət təşkilatları “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyev, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri Səbinə Kərimova və “İstedadlı Əlillər” İctimai Birliyinin sədr müavini Qubad Qasımov əlilliyi olan şəxsləri maraqlandıran məslələrlə bağlı sualları cavablandırıldı.