Əsas Səhifə Siyasət Ən hərbiləşmiş ölkələr – REYTİNQ

Ən hərbiləşmiş ölkələr – REYTİNQ

2 dəqiqə oxundu
0
0
39

 

Azərbaycan 2016-cı il üçün qlobal militarizasiya (silahlanma) indeksi üzrə 9-cu olub. Bu analiz Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi (Global Militarization Index 2013) tədqiqatında əksini tapıb.

Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi parametrlər əsasında ölkələri qiymətləndirirlər.

Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun, Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında hazırlanır.

Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və Ermənistan tutur. Dördüncü sırada İordaniya gəlir. Şimal qonşumuz Rusiya isə beşincidir.

Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.

İlk onluq belədir:

1. İsrail

2. Sinqapur

3. Ermənistan

4. İordaniya

5. Rusiya

6. Cənubi Koreya

7. Kipr

8. Yunanıstan

9. Azərbaycan

10. Bruney

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…