Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım ” ictimai birliyi “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili ” layihəsini icra edir. Layihə əlilliyi olan gənclər arasında Azərbaycan ədəbiyyatının görkəmli şairi barədə məlumatın düzgün çatdırılması, onların informasiya balansını artıraraq, maarifləndirilməsinə dəstək olmaq, Nəsimi ili- istedadlı əlillərin tamaşa və şeir müsabiqəsini təşkil etməyə həsr olunub.

“Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım ” ictimai birliyi “Nəsiminin 650 illik yubleyi ilə əlaqədar əlilliyi olan gənclər arasında tədbirlərin təşkili ” layihəsi çərçivəsində konfrans keçirib. Bu barədə Sosialxəbər.az-a Birliyin sədri Mətanət Quliyeva məlumat verib. Onun sözlərinə görə, konfransda əlilliyi olan gənclər, ədəbiyyatçılar,bir sıra muzeylərin əməkdaşları QHT və nümayəndələri iştirak ediblər.
Daha sonra ekspertlər, ədəbiyyatçılar belə layihələrin önəmindən danışdılar. Nəsiminin yaradıcılığı geniş müzakirə olundu. Nəsimiyə həsr olunmuş slaytlar nümayiş olundu. Dövlət başçısının 2019-cu ili Nəsimi ili elan etməsini Azərbaycan tarixinə , ədəbiyyatına olan qayğı və diqqət kimi dəyərləndirdilər.

Konfransın ikinci hissəsində əlilliyi olan gənclər Nəsiminin qəzəllərindən Məndə sığar iki cahan adlı tamaşa göstərdilər. Tamaşa konfrans iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılandı.Tədbirin sonunda çay süfrəsi ətrafında müzakirələr davam etdi.