Əsas Səhifə Cəmiyyət “Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu” – Peskov

“Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu” – Peskov

2 dəqiqə oxundu
0
0
40

“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bəyanatı bizim üçün sürpriz oldu və Moskvanın Suriya yanaşması ilə üst-üstə düşmür”. Bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Rusiya rəsmisi deyib ki, Moskva məsələ ilə bağlı rəsmi Ankaradan izahat gözləyir: “Bəyanat bizim üçün gözlənilməz oldu. Bu çox ciddi bəyanatdır və Rusiyanın Suriya ilə bağlı mövqeyinə ziddir”.

Qeyd edək ki, ötən gün Suriyada həyata keçirilən “Fərat Qalxanı” əməliyyatından danışan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu ölkəyə diktator Bəşər Əsədin hökmranlığına soy qoymaq üçün giriblər.

“Biz səbir, səbir dedik, ən sonda dözə bilməyərək Azad Suriya Ordusu ilə Suriyaya girmək məcburiyyətində qaldıq. Nə üçün girdik? Bizim Suriya torpaqlarında gözümüz yoxdur. Biz dövlət terroru ilə məşğul olan Əsədin hökmranlığına son qoymaq üçün oraya girdik”, – deyə Ərdoğan vurğulayıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…