Əsas Səhifə Siyasət Ərdoğan:”Suriyada təhlükəsiz zonanı yaratmalıyıq”

Ərdoğan:”Suriyada təhlükəsiz zonanı yaratmalıyıq”

1 dəqiqə oxundu
0
0
24

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Suriyada terrorçulardan azad zonanın yaradılması məsələsini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etmək niyyətindədir.

TASS-ın verdiyi xəbərə görə, bu barədə o İstanbulda çıxışı zamanı bildirib.

“Biz Suriyada terrorçulardan azad, təhlükəsiz və uçuşlardan azad zona yaratmalıyıq. Yanvarın 20-dən sonra ABŞ-da yeni rəhbərlik çalışmağa başlayacaq. Biz bu məsələni onunla müzakirə edəcəyik”, – deyə Ərdoğan bildirib.

“Təhlükəsizlik zonası yaradılmasa, Suriya ilə həmsərhəd Qaziantep, Şanlıurfa və Kilis əyalətlərimizə təhlükə hələdə qalmaqda davam edəcək”, – deyə Ərdoğan bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə Suriyanın şimalında hər hansı bir dövlətin yaradılmasına imkan verməyəcək.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Siyasət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…