Əlilliyi Olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 01.05.2019-cu il tarixindən Əlilliyi olan gənclərin İKT bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təlimlərin təşkili layihəsnin icrasına başlayır.

Bu barədə Sosialxəbər.az-a Layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə,layihənin məqsədi əlilliyi olan gənclərin İKT bacarıqlarını inkişaf etdirərək, sayt üzərində işləmə mexanizminin öyrədilməsidir.Həmçinin yeni informasiya portalının yaradılması ilə əlişlərindən ibarət elektron resurslarının hazırlanması və sayta yerləşdirilməsinə yardımçı olmaqdır. Təlimlərə cəlb edilən əlilliyi olan gənclərin,qismən də olsa məşqulluq problemlərinin həllinə dəstək olaraq, onların sosial həyata inteqrasiyasına təkan verməkdir.
Layihə müddəti 4 aydır. Yekun olaraq, əlilliyi olan şəxslərin əl işlərindən ibarət elektron baza yaradılacaq deyə vurğulayıb.