Əsas Səhifə Cəmiyyət ƏSMİD İctimai Birliyi Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi

ƏSMİD İctimai Birliyi Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi

3 dəqiqə oxundu
0
0
63

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Təhsil Nazirliyinin əməkdaşlığı ilə Sumqayıt şəhər ümumtəhsil və ali təhsil müəssələrində “Sağlam düşüncə,Sağlam Cəmiyyətdir” sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi.

İlk təlim bu gün Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunub. ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması və məqsədləri barədə geniş məlumat verib. Sonra məktəbin onuncu sinif şagirdlərinə təşkilatın təlimçisi Səfanə Dadaşzadə Əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçdib.

Bu barədə Sosialxəbər.az-a ƏSMİD ictimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə təlimlər Sumqayıt şəhər ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində bir ay davam edəcək.Məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir.

Daha çox oxşar yazı
  • Bakıda park yandı

    Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır. Sosialxəb…
  • MM-də müzakirə

    Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə aztəminatlı ailələrdən olan tələbələrə təhsil…
  • Gəncədə Milli Qəhrəmanın ailəsinə mənzil verildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhərində yeni yaşayış binasından alınan…
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Bunu da oxu

Bakıda park yandı

Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində yerləşən parkda ağaclıq yanır. Sosialxəb…