Əsas Səhifə Cəmiyyət 12 metrlik avtobuslar xidmət göstərəcək

12 metrlik avtobuslar xidmət göstərəcək

2 dəqiqə oxundu
0
0
96

Sabahdan 30 nömrəli marşrut xətti üzrə sərnişindaşımada ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslar xidmət göstərəcək.

Sosialxəbər.az bildirir ki, Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, Transkontrol MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut xəttinin (“Neftçilər” m/st-Səməd Vurğun bağı) fəaliyyəti nəzarətə götürülüb.

Keçirilən monitorinqlər nəticəsində Transkontrol MMC-nin fəaliyyətinin sərnişindaşıma qaydalarına zidd olması, qanunvericiliyin tələblərinin pozulması halları qeydə alınıb.

Xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 30 nömrəli marşrut müsabiqəyə çıxarılaraq, xətt üzrə sərnişindaşımaları BakıBus MMC-yə həvalə olunub.

Sabahdan şikayət daxil olan 30 nömrəli xətt üzrə hərəkət edən marşrutlar ekoloji baxımdan təmiz, Avro 6 standartlarına cavab verən 12 metrlik avtobuslarla əvəz ediləcək

Daha çox oxşar yazı
Daha çox yükləyin: Səbinə Kərimova
Daha çox yükləyin Cəmiyyət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

İlham Əliyev 2 sərəncam imzaladı

Prezident İlham ƏIiyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidə…