Əsas Səhifə Hadisə 19-cu mərtəbədən düşən qadın “KİA”nın baqajına girdi – Dəhşət

19-cu mərtəbədən düşən qadın “KİA”nın baqajına girdi – Dəhşət

2 dəqiqə oxundu
0
0
36

Bu gün Bakının Sabunçu rayonunda dəhşətli intihar hadisəsi baş verib. Təxminən 45-50 yaşlı bir qadın özünü çöxmərtəbəli binadan ataraq intihar edib. Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Uğur-2 kompleksində baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə qadın özünü 19-cu mərtəbədən atıb və həyətdəki “KİA” markalı avtomobilin üzərinə düşərək parça-parça olub. Qadının meyidi tanınmaz hala düşüb. Hadisə yerinə Prokurorluq və polis əməkdaşları gəlib, onun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.

Əldə etdiyimiz məlumata görə, intihar edən qadın hadisə baş verən binanın sakini olmayıb. Onun binaya gəlişi kompleksin kameralarına düşüb. Kamera görüntüsündən məlum olur ki, orta yaşlı qadın binanın blokuna daxil olarak liftə minir və 19-cu mərtəbəyə qalxır. Orada ayaqqabılarını və paltosunu soyunaraq özünü atır.

O, həyətdə dayanmış KİA markalı avtomobilin üstünə düşüb. Maşının damını yararaq yük yerininə daxil olub. Qadının meyitini yük yerindən hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xüsusi avadanlılarla çıxarıblar.

Meyit müayinə olunmaq üçün ekspertizaya aparılıb.

Daha çox oxşar yazı
Daha çox yükləyin: Sosialxeber
Daha çox yükləyin Hadisə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxu

“Türkiyə hər zaman Azərbaycana dəstək olacaq” – Volkan Bozkır

Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlə…