Yasamal rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Sosialxəbər.az xəbər verir ki, qəza Dövlət Statistika Komitəsinin qarşısında qeydə alınıb.

İnşaatçllar küçəsində yüksək sürətlə hərəkətdə olan 90-VV-871 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib.

Bu zaman nəqliyyat vasitəsi eyni istiqamətdə hərəkətdə olan “AzSamand” markalı avtomobilə çırpılıb.

Zərbənin gücündən “Hyundai” fırlanıb əks yolda səkiyə dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.