Əsas Səhifə Sərəncamlar 20 Yanvar əlillərinin təqaüdünün artırılması

20 Yanvar əlillərinin təqaüdünün artırılması

3 dəqiqə oxundu
0
0
6

1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

2. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:

“1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 yanvar 2016-cı il

Daha çox oxşar yazı
Daha çox yükləyin: Admin
  • İlham Əliyev sərəncam imzaladı

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənnət Səlimovanın “Şərəf” ordeni ilə təlt…
  • İlham Əliyev kimə yüksək vəzifə verdi

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Anar Quliyevin Azərbaycan Respublikası Döv…
  • Prezidentdən sərəncam

    Prezident İlham Əliyev Ə.C.Əhmədzadənin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi ha…
Daha çox yükləyin Sərəncamlar

Bir cavab yazın

Bunu da oxu

Milli Qəhrəman Əsgər Əliyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimi…