Səbinə Kərimova : “Heç kim qanundan üstün ola bilməz”

 “Heç kim qanundan üstün ola bilməz” Sosialxəbər.az xəbər verir ki, bu sözləri “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri Səbinə Kərimova qeyd edib.
Bu gün respublikamızda Koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa var.Bunu hər birimiz bilirik. Bu qadağanın qüvvədə saxlanılması daha çox insanın həyatını təhükəyə atmamağ səbəbindən irəli gəlir. Qadağaya əməl etməyənlər ciddi şəkildə cəzalanır . Lakin iki gündür məmur nəvəsini toyu ciddi müzakirələrə səbəb olub. İnsanlar arasında məmura olar, sıradan vətəndaşa olmaz kəlmələri daha çox narazılıq yaradır. 

Bir neçə gün öncə kafedə 28 nəfər bir arada tutulması və hər birinin 200 manat məbləğində cərmələnməsi gündəmi zəbt edən bir vaxtda məmur toy edir və millət vəkillərinin bəzisi o toyda iştirak edir. Toyda iştirak edən MM üzvüləri deyirdilər ki, vətəndaşlar sosial məsafə saxlamır eqoistlik edirlər.

Koronavirusa inanmayanlar cərimə olunmalıdır kimi fikirlər bildirirlər. Ancaq özləri prezidentin tövsiyyələrinə əməl etmədən,qoyulan qanunu kobud şəkildə pozaraq toyda iştirak edir və ya toy edirlər.

İstər məmur olsun,istər sıradan bir insan qanun hər kəs üçündür. Bu ölkədə heç kim qanundan üstün ola bilməz və etdiyi hər hansı bir hərəkətə görə məsuliyyət daşımalıdır. Dövlətin qoyduğu qanunları pozan hər kəs cəzalanmalıdır.

Səbinə Kərimova

Read Previous

Qoyulan qanunlara əməl etməli və hər sahədə dövlətimizə dəstək olmalıyıq -Səbinə Kərimova

Read Next

Səbinə Kərimova : ” Azərbaycan Ordusu torpaqlarımızı azad etmək üçün tam hazırdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir