Uşaqların sosial xidmətlərə çıxışını təmin etmək üçün yeni layihənin icrasına başlanılıb

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərin xidmətinin göstərilməsi” adlı layihənin icrasına başlanılıb.

Bu barədə SosialXəbər.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların aşkarlanması və mərkəzə cəlb olunmasıdır.

Bununla əlaqədar olaraq, valideynlər arasında sorğu keçiriləcək, onların xüsusi ehtiyacı olan, fiziki məhdudiyyətli uşaqlara münasibəti, onların durumu, şəraiti ilə bağlı məsələlərə aydınlıq gətiriləcək. Eyni zamanda, ailələrin istəkləri nəzərə alınacaq, əlavə ehtiyaclar yaranarsa, onun gerçəkləşdirilməsi üçün aidiyyəti üzrə tədbirlər həyata keçiriləcək.
Layihənin icrası 2020-ci il oktyabrın 1-dən başlanıb.

Səbinə Kərimova

Read Previous

Səbinə Kərimova : ” Azərbaycan Ordusu torpaqlarımızı azad etmək üçün tam hazırdır”

Read Next

Sağlamlıq imkanları məhdud olan uşaqlarla həyata keçirilən layihə başa çatıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir