Sağlamlıq imkanları məhdud olan uşaqlarla həyata keçirilən layihə başa çatıb

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi tərəfindən “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və xüsusi qayğıya ehtiyyacı olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərin xidmətinin göstərilməsi” adlı layihənin icrası başa çatıb.

Bu barədə Sosialxəbər.az-a Birliyin mətbuat xidmətindən bildirilib. Layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə yardımı ilə həyata keçirilib. Layihənin icrası 2020-ci il 1 oktyabr-1 noyabr tarixlərini əhatə edib.

Bakı şəhəri Suraxanı rayonunu əhatə edən layihə çərçivəsində 30-50 valideyn arasında sorğu keçirilib, onların fiziki məhdudiyyətli və xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibəti və ehtiyacları öyrənilib. Ailələrin müxtəlif ehtiyacları nəzərə alınaraq onlara, təşkilatın hesabına ləvazimatlar alınaraq təqdim edilib.

Mərkəzə cəlb edilmiş xüsusui qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlarla fəaliyyət planına uyğun və əlavələrlə onların bilik və bacarıqlarının aşkar edilməsi və üzə çıxarılması yönündə addımlar atılıb. Günərzi mərkəzləri bu kateqoriyadan olan uşaqlarda istək, həvəs və maraq yaradıb. Fiziki imkanları məhdud olan uşaqların sağlamlıq problemləri nəzərə alınaraq uşaqların bacarıqlarının üzə çıxarılması, özlərini kəşf etməsi üçün istiqamət verilib. Sağlamlıq imkanları məhdud olan şəxslərin bacarıqları musiqi, rəsm, fiqurların qurulması, toxuculuq, tikiş, kimi sahələrdə özünü göstərib.

Layihə çərçivəsində Günərzi mərkəzlərinə cəlb edilən uşaqlar mükafatlandırılıb, onlara fəxri diplomlar təqdim edilib və zəruri ləvazimatlar hədiyyə edilib.
Həm valideynlər arasında keçirilən sorğular, həm də uşaqların bu mərkəzlərə marağı, ora gəlməyə can atması günərzi mərkəzlərinin yaradılmasına ehtiyac olduğunu ortaya çıxarıb. Lakin koronavirus COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əsasən, layihənin icrası bir ayı əhatə edib.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Uşaqların sosial xidmətlərə çıxışını təmin etmək üçün yeni layihənin icrasına başlanılıb

Read Next

Layihə çərçivəsində ilk təlim keçirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir