Layihə çərçivəsində ilk təlim keçirilib

 Sosialxəbər.az bildirir ki, “Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi “Gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi istiqamətində onlayn təlimlərin təşkili” adlı layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirmişdir.
Layihənin məqsədi gənclərin diaspora fəaliyyətinə cəlb edilməsi və diaspora işlərində gənclərin könüllülük fəaliyyətinin təmin edilməsi və dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.
İki ay müddətində icra olunan layihə 5 təlim iki növbə üzrə nəzərdə tutulmuşdur.
“Könüllülük nədir?” mövzusunda keçirilən ilk təlimi Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva həyata keçirmişdir. Layla Həmzəyeva  könüllülük fəaliyyət, könüllülük fəaliyyətin istiqaməti və könüllünün əsas vəzifələri haqqında təlimə qoşulan gənclərə geniş məlumat vermişdir.
Sonda təlim gənclərin maraqlı sual-cavabı ilə yekunlaşdırılmışdır.

Avatar

Səbinə Kərimova

Read Previous

Sağlamlıq imkanları məhdud olan uşaqlarla həyata keçirilən layihə başa çatıb

Read Next

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Biriliyi onlayn təlim keçirib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir