Bu sahənin fəaliyyətinə icazə verilməlidir – Deputat

Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur.

Sosialxəbər.az bildirir ki, Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov bu gündən etibarən karantin rejiminin yenidən sərtləşdirilməsi və SMS-icazə sisteminin tətbiq edilməsi haqda danışarkən deyib.

O bildirib ki, xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılacaq:

“Fəaliyyətinə icazə verilməyən qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib. Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq, QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcəklər. Halbuki pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır. Təbliğat və maarifləndirici işlərin və hətta ictimai nəzarətin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən asılıdır. Digər tərəfdən bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidemioloji vəziyyətə xüsusi təsir etməyəcək”.

Avatar

Səbinə Kərimova

Read Previous

İlham Əliyev sərəncam imzaladı

Read Next

Deputat: “Rusiya sülhməramlılarının yeni xəritəsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurur”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir