Postlardan neçə avtomobil geri qaytarıldı?

Ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar 14.12.2020-ci il saat 00:00-dan 08:00-dək olan müddət ərzində Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən görülən işlər barədə statistik məlumat açıqlanıb.

Sosialxəbər.az  Report-a istinadən xəbər verir ki, BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 7 nəqliyyat vasitəsinin rayon, 5-i paytaxt istiqamətinə olmaqla geri qaytarıldığını bildirib:

“Bundan başqa, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 4-ü rayon, 14-ü şəhər istiqamətinə olmaqla, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 10 avtomobil rayon, 20-si paytaxt istiqamətinə olmaqla geri qaytarılıb. Ümumilikdə 60 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdin qarşısı alınıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Azərbaycan Ordusu irəlilədikcə çaxnaşma düşürdü – Babayan

Read Next

Ərdoğan Qafqaza girməklə buna nail oldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir