51 korona xəstəsi saxlanıldı

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.

Tibbi qaydalar gözlənilməklə onlardan 48 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

Avatar

Səbinə Kərimova

Read Previous

Hökumət başçısı koronadan öldü

Read Next

Son sutkada Xankəndiyə daşınan ermənilərin sayı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir