Çavuşoğlu: Bu sözləri mən yox, İlham Əliyev deyib!

Qarabağda 30 il diplomatiya və müzakirədən danışdıq. Nəticə hasil olmadığına görə, Azərbaycan hərəkətə keçdi. Haqqını və qanuni olanı aldı. Əks halda daha 30 il gözləyə bilərdi.

Sosialxəbər.az  xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyə XİN rəhbəri bildirib ki, regionda sülhün təməllərini Türkiyə və Azərbaycan birlikdə atır:

“Türkiyə dünya miqyasında müstəqil siyasət yürüdən ölkədir. Türkiyə Prezident Ərdoğanın sayəsində güc mərkəzinə çevrilib. Türkiyə bir çox ölkədə haqqı, ədaləti, əzilmiş xalqların mənafeyini qoruyur. Bu gün Ərdoğan Türkiyəsi dünya üçün örnəkdir. Müstəqillik, mərdlik, cəsarət örnəyidir. Və inkişaf nümunəsidir – bu sözlər mənim, yaxud partiyamızın hər hansı nümayəndəsinin deyil, Bakıya səfərimiz zamanı Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata verdiyi açıqlamasındandır. Dünyanın dörd bir tərəfində bənzər duyğular hakimdir”.

Avatar

Səbinə Kərimova

Read Previous

Türkiyədə yeni ildə komendant saatı elan olundu

Read Next

Qışda maskaların düzgün istifadə qaydaları açıqlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir