Nazirlik şəhid xanımın ailəsinə aylıq müavinət təyin etdi

Vətən müharibəsində yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə ucalan Arəstə Baxışovanın ailəsi də sosial dəstəklə əhatə olunub.

Sosialxəbər.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin əməkdaşları ailə ilə görüşüb, vəziyyəti ilə tanış olub və göstəriləcək dəstək istiqamətlərini müəyyən ediblər.

Ailə 7 nəfərdən ibarətdir (Şəhidin 2 övladı, anası, qardaşı, qardaşının yoldaşı və iki uşağı).

Şəhidin anası və qardaşı işləyirlər, birgə əməkhaqları 800 manatdır.

Ehtiyac meyarları nəzərə alınaraq və müraciət olunmasına texniki dəstək göstərilməklə, ailəyə aylıq 400 manat ünvanlı yardım təyin edilib.

Şəhidin 9 və 12 yaşlarında iki övladı – Mərdan və Zəhra rəsmi olaraq artıq nənələrinin himayəsinə verilib. Bununla əlaqədar nənə qəyyum kimi aylıq müavinət (100 manat) alacaq.

Habelə ailəyə dəfn birdəfəlik müavinət (300 manat) veriləcək.

Bununla yanaşı ailənin Prezidentin aylıq təqaüdü (300 manat), şəhidin hər uşağına aylıq müavinət, ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmayan ailə üzvlərinin hər birinə kommunal, nəqliyyat və s. xərclər üçün aylıq müavinətlə təmin edilməsi istiqamətində sənədləşmə işləri yekunlaşmaq üzrədir.

 

 

 

Səbinə Kərimova

Read Previous

203 avtomobil postlardan geri qaytarıldı

Read Next

Vaksinin ən mühüm əhəmiyyəti… – Ramin Bayramlı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir