Qışda maskaların düzgün istifadə qaydaları açıqlanıb

Qış fəslində birdəfəlik tibbi və təkrar istifadə oluna bilən maskalar, eləcə də respiratorlar istifadəyə uyğundur. Bununla belə, onlar isti mövsümdə olduğundan daha tez-tez dəyişdirilməlidir.

Sosialxəbər.az bildirir ki, bu barədə rusiyalı ali dərəcəli həkim-terapevt, toksikoloq Aleksey Vodovozov qışda maskaların düzgün istifadə qaydaları barədə danışarkən bildirib.

 

Onun sözlərinə görə, maska ​​qardan islanıbsa, orada kondensant toplanıbsa, tibbi və ya təkrar istifadəyə yararlılığından asılı olmayaraq dəyişdirilməlidir.

“Qışda bu daha da aktuallaşır: bizim verdiyimiz nəfəs ətraf mühitdən daha isti olur, nəticədə maskanın üzərində buz və özünəməxsus sırsıra əmələ gələ bilər. Bu halda o, daha tez-tez dəyişdirilməlidir”, – deyə Vodovozov vurğulayıb.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Çavuşoğlu: Bu sözləri mən yox, İlham Əliyev deyib!

Read Next

Peru mətbuatı erməni vəhşiliklərindən yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir