Vaksinin ən mühüm əhəmiyyəti… – Ramin Bayramlı

Təəssüf ki, bu gün COVİD-19 virusu ilə mübarizə aparmaqdayıq. Bu virus hüceyrələri orqanizmə spike proteini ilə bağlanır.

Sosialxəbər.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, virus mutasiyaya uğrayaraq, bütün orqanizm hüceyrələrində çoxalır:

“Virusa yoluxmuş hüceyrə ilə insan orqanizmi mübarizə aparır və o hüceyrəni dağıtmağa çalışır. Virusun potogenizinə qarşı anticisim maddələrini orqanizmdə artıra bilsək, virusla mübarizə apara bilərik”.

Ramin Bayramlı bildirib ki, COVİD-19-un dərmanla mübarizəsi daha uzun illər tələb edir:

“Hazırda virusla mübarizədə tətbiq etdiyimiz sərt karantin çox bahalıdır və sosial psixoloji təsiri səbəbindən uzun müddət davam edə bilməz. Bu səbəblə ən uyğun mübarizə metodu vaksinasiyadır və vaksinasiya da üç mərhələli şəkildə aparılır. Vaksinin ən mühüm əhəmiyyəti təsirinin uzunmüddətli olmasıdır.

Bu gün bir xəstənin həyatını xilas etmək üçün reanimasiyada bəzən 5-7-10 mütəxəssis mübarizə aparır. Dünyada 73 milyon yoluxma, 2 milyona yaxın ölüm, 50 milyona yaxın sağalma var. Ölkəmizdə xəstəliyin ikinci dalğasında çətin vəziyyətlə qarşılaşırıq”.

Avatar

Səbinə Kərimova

Read Previous

Nazirlik şəhid xanımın ailəsinə aylıq müavinət təyin etdi

Read Next

Bu vaksindən alınması nəzərdə tutulur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir