
Belarusda küçə aksiyaları dayanmayacaq, belaruslar “partizan” şəklində onu davam etdirəcəklər.
Sosialxəbər.az xəbər verir ki, bu sözləri Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya Belçika Baş naziri Aleksandr de Kroo ilə onlayn görüşündə deyib.
“Belaruslar sülh şəraitində etiraz edəcəklər. “Partizan” formasında…” – deyə xanım siyasətçi bildirib.
O, Avropa Birliyini etirazçıları dəstəkləməyə çağırıb:
“Avropadan mən yox, xalqımız yardım xahiş edir. Gücünüzə güvənirik. Çox vədlər eşidirik, lakin konkret addımlar da görmək istəyirik”.