
Ermənistanda iqtisadi situasiya həqiqətən fəlakətlidir. Bu, büdcə icrası zamanı da göründü.
Sosialxəbər.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib. Onun sözlərinə görə, Ermənistan son savaş nəticəsində 100 min hektar əkin sahəsi, 315 min hektar yaşıl torpaq sahəsi, 15 hidroelektrik stansiya və 100 meqavat enerji itirdik.
Manukyan itkilərin çox böyük olduğunu, xərclərin artdığını bildirib. O, Ermənistana heç bir normal investorun yatırım edə bilməyəcəyini söyləyib.