KT-dən qorxmayın: bu əlamətlər varsa

3 gündən artıq davam edən hərarət, döş qəfəsində, kürəklərdə və bel nahiyədə ağrı, öskürək, halsızlıq, iştahsızlıq, yüngül təngnəfəslik, hava çatışmazlığı, boğulma, saturasiyanın 92-dən aşağı düşməsi şikayətləri varsa, döş qəfəsi orqanlarının KT müayinəsi məsləhətdir.

Sosialxəbər.az  xəbər verir ki, bunu radioloq həkim Aydın Əliyev deyib. O bildirib ki, bu müayinə xəstənin vəziyyəti ağırlaşmamış, vaxtında tədbir görülməsi üçün lazımdır:

“Əgər COVİD-19 xəstəliyinin ağırlaşması olarsa, orqanizmə yeridiləcək dərman preparatları KT-dən daha çox ziyan verəcək. Son vaxtlarda çox az şikayətləri olan xəstələr görmüşəm ki, KT müayinəsində 30-40, hətta 50 faiz buzlu şüşə mənzərəsi aşkar edilib.

22 ildir şüa diaqnostikası ilə məşğulam və demək olar ki, hər gün şüalanıram, şükürlər olsun, hələ ki, salamatam. Mənim müəllimlərim akademik Rəhim Rəhimov 91 yaş, professor Bahadur Baxşiyev 86 yaş, dosent Mamməd Əliyev 77 yaş yaşadı və hər gün şüa qəbul edirdilər. Almaniyada kursda olarkən oradakı həkim və texniklərin müayinə zamanı rentgen, KT və angioqrafiya aparatlarının yanında durduğunu gördüm. Bunun təhlükəli olub-olmadığını soruşduqda isə “yox” cavabını verdilər. Yəni xəstəliyin bizə vuracağı zərərlə müqayisədə, KT-nin vuracağı ziyan daha azdır”.

Avatar

Səbinə Kərimova

Read Previous

Koronavirusun yoluxucu xüsusiyyəti ilə bağlı yeni araşdırma aparılıb

Read Next

Bakının Zəngəzuru tələb etmək haqqı var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir