Saxta “Daşkəsən balı”: Agentlik hərəkətə keçdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 – Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, M.Ə.Sabir küçəsi, döngə 1, ev 9 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Arif Oruc oğluna məxsus evdə “Daşkəsən balı” əmtəə nişanı adı altında saxta bal məhsulunun qablaşdırılması müəyyən olunub.

Sosialxəbər.az xəbər verir ki, agentliyin əməkdaşları sözügedən ünvana baxış keçirib və baxış zamanı bal məhsullarının sanitariya norma və qaydalarına, gigiyena tələblərinə əməl olunmadan yaşayış evinin həyətində qablaşdırılaraq satışa çıxarıldığı aşkarlayıb.

Qablaşdırılan bal məhsulundan nümunələr götürülərək laborator analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Qanunvericiliyin və texniki hüquqi normativ aktların tələblərinə uyğun olaraq emal sahəsinin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq

Avatar

Səbinə Kərimova

Read Previous

Neftin son qiyməti

Read Next

NATO ölkələri ballistik raket təhlükəsi ilə üz-üzədir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir