Əliyev Putinin bu sözü ilə kimə mesaj verdi?

Azərbaycan 2018-ci ildəki kimi Ermənistana şans verməməli, hazırda bu ölkədə yaşanan siyasi böhrandan maksimum dərəcədə istifadə etməlidir. Hazırda rəsmi İrəvanda Bakıya müqavimət göstərə biləcək siyasi iradə və qüvvə yoxdur. Maksimum dərəcədə bu ölkəyə qarşı təsir vasitələrindən istifadə etmək lazımdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin toxunduğu məqamlar haqda danışarkən deyib.

O bildirib ki, hazırda Ermənistanda anarxiya hökm sürür:

“Ölkədə siyasi sabitlik yoxdur. Hakimiyyət, müxalifət çəkişməsi pik həddədir, dövlət idarəçiliyini zəiflədib. Hətta sadə xalq belə dövlətin siyasi iradəsini tanımayaraq, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş müddəları yerinə yetirmək istəmir və buna qarşı çıxır.

Təsadüfi deyil ki, ölkə başçısı bu acınacaqlı vəziyyəti görərək, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi “Ermənistanın Bəyanatın şərtlərini yerinə yetirməməsi onun üçün intihar olar” fikrini MDB Dövlət başçıları Şurasının toplantısında bir daha xatırlatdı. Həqiqətən də erməni xalqının bu gün sərhəd ərazilərində etirazları əbəs və təhlükəlidir. Bəhs etdiyim təhlükə onların dövlətləri üçün realdır. Azərbaycan bu və digər yolla Bəyanatın bütün tələblərini icra edəcək. Erməni xalqının etirazı isə özünəqəsddir və bunun onlar üçün ağır nəticələri ola bilər”.

Avatar

Səbinə Kərimova

Read Previous

Bakı neftinin bahalaşma səbəbi – İqtisadçı

Read Next

Goranboyda koronavirus xəstələrinə cinayət işi başlanıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir