Zelenski: Bacarmarıq, Baydenin köməyi lazımdır

Düşünürəm ki, ABŞ-ın yeni Prezidenti Co Bayden “Normand formatı”nda danışıqları gücləndirəcək.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu York Tayms” nəşrinə müsahibəsində deyib.

“O, (Bayden) Rusiya və Ukraynanın problemini yaxşı bilir. Digər tərəfdən, o, Avropanın təhlükəsizliyi barədə danışıb. Müharibənin sonu barədə danışmaq azdır. Bundan sonra nə edilməlidir? Bizə Donbasın reinteqrasiyası lazımdır. Donbası reinteqrasiya etmək üçün isə güclü kampaniya, güclü texnologiya, təhlükəsizlik və pul lazımdır. Burada isə özümüz bacarmayacağıq”, – deyə Zelenski bildirib.

Zelenski, həmçinin əlavə edib ki, ABŞ-ın yeni administrasiyası Krımın işğaldan azad edilməsində də Kiyevə yardım edə bilər.

Avatar

Səbinə Kərimova

Read Previous

Pentaqon: Rusiya və Çinlə müharibə olsa…

Read Next

Erməni silahlılar Bəyanatdan sonra Qarabağa gəlib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir