Rusiya Qarabağa 35 vaqon humanitar yardım göndərdi

Rusiyadan Dağlıq Qarabağ ərazisinə 35 vaqon humanitar yardım gətirilib.

Sosialxəbər.az  xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, Qarabağa qatarla göndərilən ən böyük yük partiyasıdır. Daha 5 yanğınsöndürən avtokonsern, 4 UAZ minik avtomobili, 10 dizel generatoru, 280 kubmetr pilomaterial və 35 min məişət ləvazimatı daşınmaq üçün hazırdır.

Ümumilikdə yükün 250 tondan çoxu artıq boşaldılıb. Qeyd olunan texnika və məişət ləvazimatları əvvəl Xankəndiyə çatdırılır, sonra isə bölgələr üzrə bölüşdürülür.

Avatar

Səbinə Kərimova

Read Previous

Ermənistan artıq parçalanır: Sünik İrəvana qarşı

Read Next

Xankəndidə ilk azərbaycanlı vəzifəyə təyin edildi – 29 il sonra

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir