Xankəndidə evlər satılır: onları almaq mümkün deyil

 

Azərbaycan Ordusunun Vətən müharibəsindəki qələbəsindən sonra ermənilər Xankəndidəki evlərini satışa çıxarıblar. Belə ki, ermənilər daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “List.am”da mənzillərin satışı ilə bağlı çoxsaylı elan yerləşdiriblər. Maraqlıdır, bu evləri kimlər və necə ala bilər?

Sosialmedia.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən tanınmış hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib ki, söhbət tanınmamış “dqr”in verdiyi “kupça”lardan gedirsə, heç bir alğı-satqı əməliyyatı həyata keçirilə bilməz:

“Çünki sözügedən qurumun müstəqilliyini Ermənistan özü belə tanımır. Bu mənada “dqr”in tanınmayan qanunları da, bu qanunlarla verilən mənzillərin sənədləri də heç yerdə qəbul edilmir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, keçmiş Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Bu o deməkdir ki, Azərbaycan hökuməti orada bərqərar olunandan sonra həmin sənədlər etibarsız sayılacaq. Azərbaycan həmin ərazidə bu gün həyata keçirilən bütün mənzil alğı-satqıları ilə bağlı əsaslı tədbirlər görəcək. Bu mənada Xankəndi ərazisində keçmiş “dqr”in verdiyi sənədlərlə həyata keçirilən alğı-satqı əməliyyatları gələcəkdə ləğv ediləcək”.

Avatar

Səbinə Kərimova

Read Previous

İntiqam Babayevin ailəsində ağır itki

Read Next

Avropanın nüvə razılaşmasını qorumaq üçün son şansı qalıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir