3 yolun inşası yekunlaşır

Yenidən qurulan, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunda və Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi yolunun Yevlax-Xaldan hissəsində işlər yekunlaşmaq üzrədir.

Sosialxəbər.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.

“Bundan başqa, Bəhrəmtəpə-Biləsuvar magistal avtomobil yolunda da işlər demək olar ki, yekunlaşıb. Bu yol ölkəmizin regionları, o cümlədən İmişli və Biləsuvar rayonları arasında iqtisadi əlaqələrin, kənd təsərrüfatının inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Üstəlik Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən avtomobil yolu olduğundan tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var”, – o, əlavə edib

Avatar

Səbinə Kərimova

Read Previous

Daha bir sıra ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ehtimalı var

Read Next

ABŞ Rusiya və Çinlə bağlı siyasətinə yenidən baxmalıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir