
Heç bir səhiyyə sistemi hər il müntəzəm olaraq koronavirusa qarşı vaksinasiya ilə əhalini təmin edə bilməz.
Sosialxəbər.az xəbər verir ki, bu sözləri İtaliyanın Paduya Universitetinin infeksiya və virusologiya üzrə mütəxəssisi Adrea Krizanti deyib.
“İtaliyada il ərzində 10 milyon insan qripə qarşı vaksinasiya olur. 40 milyon insanı isə il ərzində vaksinasiya etmək mümkün deyil. Heç bir səhiyyə sistemi buna dözə bilməz”, – deyə Krizanti bildirib.
O əlavə edib ki, Böyük Britaniyada aşkar edilən yeni növ koronavirus sürətli yayılması ilə böyük təhlükə yaradır.