Türkiyə-Liviya anlaşması

Dəniz sərhədləri ilə bağlı iki, yaxud çoxtərəfli anlaşmalar beynəlxalq hüquqa, xüsusilə də BMT-nin Nizamnaməsinə uyğun nizamlanır və hüquqi xarakter daşıyır. Digər ölkələr də bu anlaşmalara riayət etməyə məcburdur.

Sosialxəbər.az xəbər verir ki, bunu Türkiyə-Liviya arasında dəniz anlaşmasından sonra Yunanıstanla Misirin də bənzər addım atmasına münasibət bildirən rusiyalı siyasi ekspert Kamil Bekyaşev deyib.

“Yunanıstan-Misir müqaviləsi hökumətlər arasında bir razılaşmadır. Kimsə bu müqaviləni tanıya bilər, kimsə imtina edə bilər. Ancaq bunun beynəlxalq hüquq baxımından heç bir əhəmiyyəti yoxdur. Bu səbəbdən bütün dövlətlər mübahisəli dəniz sahəsindən istifadə edərkən bu razılığa əməl etməli olacaq. Bu olmazsa, bu cür hərəkətlər qanunsuz sayılacaq və beynəlxalq hüquqa görə cəzalandırılacaq”, – K.Bekyaşev vurğulayıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Peyvənd mutasiyaya uğrayan koronaya təsir edəcək?

Read Next

Zəngəzuru referendumla qaytara bilərik?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir