Tiflisin 16 maddəlik hədəfi: Siyahıda Ankara və Bakı da var

Gürcüstan parlamentində keçirilən fövqəladə iclasda 16 maddədən ibarət qərar layihəsinə baxılıb.

Sosialxəbər.az xəbər verir ki, layihədə Gürcüstanın xarici siyasəti, ölkənin ərazi bütövlüyünün bərpası üçün lazımi addımların atılması və strateji tərəfdaş ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsi kimi prioritet məsələlər yer alıb.

Layihənin prioritet məsələsi kimi Gürcüstanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması göstərilib.

Bundan əlavə, Gürcüstanın 2024-cü ildə AB-nin üzvü olmaq üçün müraciət edəcəyi də bildirilib.

Qərar layihəsinin 6-cı maddəsində isə Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsi prioritet hədəf kimi göstərilib.

Avatar

Səbinə Kərimova

Read Previous

XİN-in idarə rəisi koronadan vəfat etdi

Read Next

İlin ən səs-küylü həbsləri

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir