Yaponiyaya giriş məhdudlaşdırılır

Yaponiya hökuməti bu gündən ölkəyə giriş qadağasını tətbiq edir və bütün dünya ölkələrinin vətəndaşlarına vizalarının verilməsini dayandırır.

Sosialxəbər.az xəbər verir ki, qadağa ən az gələn ilin yanvar ayının sonunadək qüvvədə olacaq.

Beləliklə, ölkəyə yalnız burada daimi yaşayan və uzunmüddətli vizaları olan vətəndaş və əcnəbilər daxil ola biləcəklər. Britaniya ştammının aşkar edildiyi ölkələrdən qayıdan müsafirlər sərhəddən keçərkən gəlişindən əvvəl 72 saat ərzində əldə olunan koronavirus testinin mənfi cavabını təqdim etməli, hava limanında isə daha bir testdən keçməli olacaqlar.

Hökumətlərarası müqavilələrə uyğun olaraq Çin, Cənubi Koreya, Tayland, Vyetnam, Sinqapur, Malayziya və s. daxil olmaqla Asiyanın 11 ölkəsindən və bölgələrindən iş adamları və işgüzar heyətlər Yaponiyaya girə biləcəklər.

Eyni zamanda, miqrasiya nəzarəti xidməti 28 dekabrdan əvvəl verilmiş vizaların etibarlığını ləğv etməyib. İstisna İngiltərədə və Cənubi Afrikada əldə edilən sənədlərə və Yaponiyaya gəldikdən əvvəl 14 gün ərzində bu iki ölkəyə səyahət etmiş insanlara aiddir. Bu kateqoriyalar üçün ölkəyə giriş bağlıdır.

Qeyd edək ki, Yaponiya 2 gün öncə dekabrın 28-dən yanvarın 31-dək xaricdən ölkə ərazisinə girişi dayandırmaq barədə qərar çıxarıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Bakı AB üzvü olmaq üçün müraciət edə bilər?

Read Next

Azərbaycanda 5 günlük tətil başlayır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir