Səfirliyimiz ehtiyacı olanlara yardım etdi

 

Azərbaycanın Kolumbiyadakı səfirliyi tərəfindən Milad bayramı münasibətilə Kolumbiyanın “Acoexar” fondunun təşkilatçılığı ilə Boqota şəhərinin San Rafael rayonun ehtiyacı olan sakinlərinə hədiyyələr paylanılıb.

Sosialxəbər.az xəbər verir ki, hədiyyələrin təqdim olunması ilə bağlı tədbirdə Səfirliyin birinci katibi Elnur İskəndərov əvvəlcə tədbir iştirakçılarını Milad və qarşıdan gələn Yeni il bayramı münasibəti ilə təbrik edib, iki ölkə arasında mövcud olan ənənəvi dostluq əlaqələri barədə danışıb. Azərbaycanlı diplomat, həmçinin tədbir iştirakçılarına ölkəmiz barədə məlumat verərək, 2020-ci ilin çox çətin keçməsinə baxmayaraq, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqların azad edilməsi ilə əlaqədar bu ilin xalqımızın xatirəsində möhtəşəm zəfər ili kimi qalacağını qeyd edib.

Tədbir iştirakçıları Azərbaycan hökumətinə dərin təşəkkürlərini bildirib və onlara diqqət göstərilməsini yüksək qiymətləndirdiklərini qeyd ediblər.

Avatar

Səbinə Kərimova

Read Previous

Dövlət bu ailələrə pul ödəyəcək – İqtisadçı

Read Next

Bu gün Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir