Türkiyə reaksiya verməsəydi

Türkiyə Haftar və dəstəkçilərinə qarşı Liviya Milli Razılıq Hökumətinin çağırışına müsbət reaksiya verməsəydi, ölkə xaosa yuvarlanardı.

Sosialxəbər.az  xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa mediasına müsahibəsində deyib.

Türk nazir Liviyadakı böhranın hərbi yox, məhz siyasi həllinin olduğunu bir daha xatırladıb:

“Səylərimiz sayəsində küləyin istiqaməti dəyişdi və beləliklə, liviyalılar arasında dialoq və razılaşma cəhdləri yarandı”.

Çavuşoğlu Liviyada atəşkəsin qorunmasının xüsusi önəmini vurğulayıb. Türkiyə XİN rəhbəri, həmçinin əlavə edib ki, Liviya böhranı NATO üçün əhəmiyyətli imtahandır:

“Yaxın çevrəsindəki böhranları idarəetmə imkanını dəyərləndirir. NATO-dakı partnoylarımıza alyansın Liviyada güclü hərbi qurumlar inşa etməyə yardım etməsi gərəkdiyini söyləyirik”.

Avatar

Səbinə Kərimova

Read Previous

Azərbaycanda 5 günlük tətil başlayır

Read Next

İnsanlar peyvənddən buna görə qorxur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir