
Ermənistan parlamentinin növbədənkənar iclasında hakim Mənim Addımım bloku Çiçəkənən Ermənistan fraksiyasının deputatı Naira Zöhrabyanın insan haqları və ictimai məsələlər daimi komissiyasının sədri vəzifəsindən azad edilməsi məsələsinə baxıb.
Sosialxəbər.az xəbər verir ki, erməni deputatlar təşəbbüsü yekdilliklə dəstəkləyib.
78 deputat qərarın lehinə, 4-ü əleyhinə səs verib, 2 bülleten etibarsız elan edilib.
Qeyd edək ki, İşıqlı Ermənistan və Çiçəklənən Ermənistan fraksiyaları, o cümlədən Naira Zöhrabyanın özü parlamentin fövqəladə iclasını boykot edib.
Hakim fraksiya hesab edir ki, Zöhrabyan Feysbuk hesabında Konstitusiyada təsbit edilmiş və ən yüksək dəyər olan insan ləyaqətini alçaldan, təhqir edən ifadələrə yol verib. Belə ki, Zöhrabyan öz paylaşımlarından birində “Paşinyanı hakimiyyətə gətirən zibilə” nifrət etdiyini yazıb.
Bundan sonra Mənim Addımım fraksiyasından olan deputatlar Ermənistan vətəndaşlarına qarşı ksenofob xarakterli ifadələrinə görə Zöhrabyanın insan haqları üzrə parlament komissiyasının sədri vəzifəsindən azad edilməsi barədə təşəbbüs irəli sürüblər.
Zöhrabyan isə göstərişin birbaşa Baş nazir Nikol Paşinyanın gəldiyini bəyan edib.