
ABŞ-ın təxminən 75-80 faiz vətəndaşı peyvənd olunmalıdır ki, yoluxma sayı kəskin düşsün.
Sosialxəbər.az xəbər verir ki, bu sözləri ABŞ-ın baş infeksionisti Entoni Fauçi deyib.
O bildirib ki, kollektiv immunitet yarandığı halda virusun yayılmasının qarşısı alınacaq:
“Genişmiqyaslı immunizasiya olmadan virusun aşağı səviyyədə xroniki yayılması başlaya bilər. Pandemiyanı yekunda sona çatdırmaq imkanları tamamilə məhv olar”.
Fauçinin dəyərləndirməsinə görə, ölkədə 230-237 milyon insan peyvəndlənməlidir.