Tanınmış aktyor vəfat etdi

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Ağaxan Şərifov vəfat edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Report-a aktyorun yaxınları məlumat veriblər.

Bildirilib ki, üzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən A.Şərifov 58 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, A.Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 1986-1990-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram – kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-ci illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə İlham Miniatür Teatrında çalışıb.

2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrda işləməyə başlayıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Bütün bəhanələrin bir səbəbi var

Read Next

Hulusi Akar Azərbaycana gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir