İsveçdə şəhidlərin xatirəsi yad olundu

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçdə yaşayan azərbaycanlılar Vətən müharibəsində şəhid olan soydaşlarımızın xatirəsini yad etmək üçün ölkəmizin İsveçrədəki səfirliyinin önündə toplaşıblar.

Sosialxəbər.az xəbər verir ki, Azərbaycan Respublikasının himninin səslənməsi və Vətən müharibəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan anım mərasimində iştirak edən həmyerlilərimiz ürək sözləri ilə çıxış ediblər.

Çıxışçılar bildirib ki, Azərbaycan Ordusunun zəfər yürüşü ilə bu il tarixi ədalətsizliyə son qoyulub və ölkəmizin uzun illər işğal altında olan böyük əraziləri azad olunub. Ölkəmizin azadlığı və bütövlüyü uğrunda həyatından keçib şəhidlik zirvəsinə ucalan vətən övladların şücaətliyindən danışan diaspor fəalları, şəhidlərimizə Allahdan rəhmət və ailələrinə səbr diləyiblər.

Tədbir əsnasında, “Biz şəhidlərimizə ömür boyu borclu olacağıq”, “Vətən sağ olsun”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib.

Avatar

Səbinə Kərimova

Read Previous

Polietilen torbaların satışı qadağan edildi

Read Next

Müddətli həqiqi hərbi xidmətə çağırış başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir