Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edilir

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda epidemiyaya qarşı tədbirlər daha da genişləndirilib.

Sosialxəbər.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda koronavirusla bağlı mövcud vəziyyət nəzərə alınaraq, yanvarın 2-də səhər saatlarından etibarən icra hakimiyyətinin strukturları tərəfindən 2021-ci ildə birinci, ölkədə pandemiya əleyhinə tədbirlərin əvvəlindən isə on doqquzuncu dəfə paytaxtın əsas küçə, prospekt və yollarında kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfər əməkdaşı cəlb edilməklə, xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Gün ərzində mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin müəyyən toksikliyi nəzərə alınaraq, sakinlər əvvəlcədən KİV vasitəsi ilə xəbərdarlıq ediliblər.

Dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq Departamentin balansında olan yaşayış binalarında, lift kabinələrində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Dezinfeksiya tədbirlərinin keçirilməsində məqsəd vətəndaşları yoluxma hallarından qorumaqdır:

“Vətəndaşlardan bir daha xahiş olunur ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər”.

Avatar

Səbinə Kərimova

Read Previous

İzmirdə yenidən güclü zəlzələ oldu

Read Next

Polad Həşimovun doğum günüdür

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir