Karantini pozan çayxana sahibi və müştəriləri cərimələndi

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Avatar

Səbinə Kərimova

Read Previous

Xaricdən sifariş edənlərin nəzərinə! – Video

Read Next

Nailə Mirməmmədli vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir