Nailə Mirməmmədli vəfat etdi

Bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Kult.az-a mərhumun qohumları məlumat verib.

Nailə Mirməmmədli 23 may 1961-ci ildə Bakıda anadan olub. 1968-1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil alıb.

1981-1985-ci illərdə Tusi adına Pedaqoji Universitetdə musiqişünas, dirijor, xormeyster, vokal, aranjiman, orkestrovka ixtisasları üzrə təhsil alıb. 1994-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) bəstəkarlıq ixtisaslarına yiyələnib.

1994-2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, “Bənövşə” xorunda xormeyster və ansambl rəhbəri vəzifələrində çalışıb. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışırdı.

2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilmişdi.

Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. İki oğlu, bir qızı var.

Allah rəhmət eləsin.

Səbinə Kərimova

Read Previous

Karantini pozan çayxana sahibi və müştəriləri cərimələndi

Read Next

Korona panikasından qorunmaq vacibdir – Həkim

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir