ÜST-ə çağırış: Peyvənd üçün İsrailə təzyiq göstərin!

Ümumdünya Səhiyyə Təşkilatı İsrail həbsxanalarındakı məhbusların peyvənd edilməsi üçün rəsmi Təl-Əvivə təzyiq göstərməlidir.

Sosialxəbər.az xəbər verir ki, bunu İslami Cihad Hərəkatının rəhbərlərindən Əhməd əl-Müdəlləl deyib.

O, həbsxanalardakı fələstinlilərin pandemiya səbəbindən təhlükədə olduğunu bildirib və məhbusların da vaksinasiya edilməsini tələb edib.

Qeyd edək ki, İsrailin “Haaretz” qəzeti həbsxanalardakı fələstinli məhbuslara peyvənd vurulmasının qadağan edildiyini yazıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Müsəlman alimlərdən İsraillə bağlı fitva

Read Next

Bakıda yaşayış binasında yanğın

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir