Korona panikasından qorunmaq vacibdir – Həkim

Koronavirusun mutasiyaya uğramış forması ortaya çıxıb və insanların çoxu yeni növə yoluxmaqdan qorxur. Bəzən isə deyirlər ki, vaksinasiyanın başlanması virusun çoxalmasına səbəb olacaq. İnsanlarda xəstəliyə qarşı qorxu, fobiya formalaşmağa başlayıb. Fobiyanı yaşayanlar yanaşı xəstəliyi olan insanlardır. Yanaşı xəstəlik dedikdə, şəkər, yüksək təzyiq, xərçəng xəstələri nəzərdə tutulur. Bu insanlarda ölümdən qorxu daha çox olur.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Gülnar Orucova son günlər koronavirusa yoluxanların və bu virusdan həyatını itirənlərin sayının çoxalması ilə əlaqədar insanların üzləşdiyi psixoloji problemlər haqda danışarkən deyib.

“Koronavirus ortaya çıxan zaman heç kim inanmırdı. Epidemiyanın bir sıra ölkələrin iqtisadiyyatını sıfırlaşdırmaq məqsədilə yarandığını düşünürdülər. Zaman keçdikcə insanlar bu virusa inanmağa başladı. Çünki xəstəlik qısa müddət ərzində bütün dünyaya yayıldı. Bu xəstəliyə inanmayanlar şüuraltında ölüm qorxusunu daha çox yaşayanlardır. Yəni bu insanlar ölümdən həddən artıq qorxduqları üçün xəstəliyi qəbul edə bilmirlər.

İnsanlar çalışmalıdırlar ki, psixoloji vəziyyətlərinə diqqət etsinlər. Bunun üçün davamlı olaraq o xəbərləri izləmək olmaz. Bəzən qeyri-peşəkar insanların yaydığı xəbərlərdən dolayı insanlar panikaya düşürlər. Ümumiyyətlə, insan qorxan zaman stress yaşayır. Stress yaşadıqda isə iştahı küsür, immuniteti zəifləyir və xəstəliyə yoluxma ehtimalı artır”, – psixoloq bildirib.

Avatar

Səbinə Kərimova

Read Previous

Nailə Mirməmmədli vəfat etdi

Read Next

Ermənilərin Qarabağdakı sirli tankı və “əjdaha”sı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir