Rusiya MN Xankəndidə gördüyü işləri açıqladı

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Minaəleyhinə Mərkəzinin əməkdaşları Xankəndi şəhərinin ərazisini minalardan təmizləməyə davam edirlər.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Xankəndinin kənar ərazilərinin minalardan təmizlənməsində müasir “Uran-6” robot sistemlərindən istifadə edilir.

Bildirilir ki, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yolu, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış hərbi sursatlardan və 19 minə yaxın partlayıcı maddədən təmizləyib.

Avatar

Səbinə Kərimova

Read Previous

Təkbaşına 4 topdan atəş açan şəhidimiz

Read Next

Elxan Ələsgərov koronadan vəfat etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir