Ərdoğanla buna qarşı mübarizə aparırıq – İmran Xan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə islamofobiya ilə mübarizə aparırıq.

Sosialxəbər.az xəbər verir ki, bunu Pakistan Baş naziri İmran Xan Türkiyənin “A Haber” kanalına müsahibəsində bildirib.

“Qərblilər Peyğəmbərimizə olan sevgimizi anlaya bilmir, çünki peyğəmbərlərinə bizim kimi davranmırlar.

Təəssüf ki, Ərdoğandan başqa müsəlman liderlər islamofobiyanı yaxşı izah edə bilmirlər. İslam liderləri davamlı olaraq AB və BMT-də Peyğəmbərimizdən bəhs etməlidir.

Fransa terrorizmi və islamı yan-yana göstərməyə çalışır. İslamofobiyanın Fransa üçün ağır nəticələri olacaq. Fransada hicab taxan hər kəs radikal elan edilir. Halbuki məsciddə müsəlmanlar öldürüləndə heç kim bunu “xristian terroru” adlandırmır”, – İmran Xan qeyd edib.

Avatar

Səbinə Kərimova

Read Previous

ABŞ İranın 7 milyon dollarını ələ keçirdi

Read Next

Bu, bumeranqdır: rəngli inqilab ABŞ-a çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir