ABŞ Türkiyəyə qarşı sərhədə ballistik raket yerləşdirib

ABŞ Türkiyəyə qarşı sərhədə ballistik raket yerləşdirib.

Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə Türkiyənin ehtiyatda ola polkovniki Midhət İşıq çıxış edib.

ABŞ-ın Suriyada cənuba – Hasekə, Deyr əz-Zor və Rakka bölgəsinə geri çəkildiyini deyən M.İşıq amerikalıların bu bölgədə PYD/PKK terror təşkilatı ilə neft alış-verişi etdiyini söyləyib:

“Suriya neftinin 90 faizi bu bölgədədir və ABŞ-ın burada 600 əsgəri yerləşdirilib. ABŞ-ın nəzarətindəki terror təşkilatları Suriya hökumətinə neft satır. ABŞ geri çəkildiyi bölgələrdə patrul fəaliyyətini həyata keçirir və Rusiya ilə əməkdaşlıq edir”.

Polkovnik ABŞ-ın ötən həftə Hasekəyə ballistik raketlər yerləşdirdiyini söyləyib:

“Türkiyə bu bölgənin təmizlənməsini istəyir, yaxud özünün təmizləyəcəyini israrla ABŞ və Rusiyaya bildirir. Bu səbəbdən ABŞ quru və hava yolu ilə Hasekəyə ballistik raketlər gətirərək burada yerləşdirir. Raketlərin mənzilləri 130-500 kilometr arasında dəyişir. Diyarbəkirə qədər uzanan bir əhatə dairəsi var. ABŞ bunlardan kimə qarşı istifadə edəcək?”

Avatar

Səbinə Kərimova

Read Previous

Bu, bumeranqdır: rəngli inqilab ABŞ-a çatdı

Read Next

İki rayonda əl qumbarası və aviabombalar tapıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir